Kateqoriyasız

Millimizin üzvü Ukraynada qol vurdu, komandası heç-heçə

Ukrayna Premyer Liqasında XII turun oyunları keçirilir.

Azərbaycan milli komandasının üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” səfərdə “Rux”la qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Rüstəm bu görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. 21 yaşlı 12-ci dəqiqədə komandasının ilk qolunu vurub.

11 oyun keçirən “Minay” 8 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43