AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşib.
İdmanxeber.com-un AFFA-nın rəsmi
saytına istinadən verdiyi məlumata görə, tədbir dekabrın 3-də, saat
11:00-da qurumun inzibatı binasında keçiriləcək.
İclasın
gündəliyində duran əsas məsələ Azərbaycanın əsas və U-21 millisinin baş
məşqçisinin təsdiqlənməsidir. Hazırda ölkəmizdə olan xorvatiyalı
mütəxəssis Robert Prosineçkinin yığmamızın baş məşqçi vəzifəsinə
gətiriləcəyi gözlənilir. Onunla danışıqlar müsbət nəticələnərsə, İK məhz
Prosineçkini millimizin yeni baş məşqçisi kimi təsdiqləyəcək.
Ümumilikdə gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər.