DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olacaq Lüksemburq yığması ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, yığmanın əsas qapıçısı Antoni Morisin koronavirus testi müsbət çıxıb. Buna görə də, Belçikanın “Yunion” klubunda çıxış edən 31 yaşlı qolkiper Bakıya gəlməyəcək.
Noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.