Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun üzvü Ömər Nəsibov səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub. Onun əvəzinə “Səbail” klubunun üzvü Qədir Zeynalov milliyə çağırılıb