Kateqoriyasız

Millətlər Liqası: Şotlandiya Ukraynanı məğlub etdi

UEFA Millətlər Liqasının B Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılan görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 9-a çatdıran Şotlandiya yığması ilk pilləyə yüksəlib. 7 xalı olan Ukrayna seçməsi isə 2-ci sıraya geriləyib.

UEFA Millətlər Liqası

B Divizionu

I qrup

22:45. Şotlandiya – Ukrayna – 3:0

Qollar: Con Makginn, 70. Lindon Dayks, 80; 87

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, “Hempden Park” stadionu

Xal durumu: Şotlandiya – 9, Ukrayna – 7, İrlandiya – 4, Ermənistan – 3.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43