Şimali İrlandiya qələbəsindən sonra milli komandamız bu gün Rusiya ilə oyun öncəsi ilk məşqini keçirib.
İdmanxeber.com saytının məlumatına görə, İsmət Qayıbov adına stadionda hazırlaşan millimiz sözügedən məşqə nə az, nə çox düz 35 dəqiqə gecikib.
Bir müddət gecikmədən sonra isə milli komanda stadiona gələrək məşqə çıxıb. Məşq başlamamışdan öncə millinin kapitanı Rəşad Sadıqov ot örtüyünün sulanmamasına etiraz edib. Milli komandanın həkim personalından biri isə Sadıqova az öncə stadionun sulandığını bildirsə də, "Qarabağ"ın üzvü otun quru olduğunu və futbolçuların tez yorulacağını bildirib.
Onu qeyd edək ki, bizim həmin stadionda olduğumuz 1 saat ərzində ot sulanmamışdı.