Kolumbiya millisinin sabiq üzvü Con Viafara ABŞ-dan Meksika üzərindən Kolumbiyaya narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham edilərək həbs edilib.
İdmanxeber.az-ın məlumatına görə, Texas məhkəməsinin qərarı ilə 42 yaşlı Viafara 11 il həbs cəzasına məhkum edilib.
İngiltərənin “Portsmunt” və “Southempton” klublarında da çıxış edən Con Kolumbiya milli komandasında 34 oyuna çıxıb.