22 Dekabr 2024
Kateqoriyasız

Miloş Krasiçin “Qəbələ”yə transferi niyə baş tutmadı?

“Qəbələ” “Fənərbaxça”dan ayrılan Milos Krasiçi heyətinə qata bilərmiş.

İdmanxeber.com-un məlumatına görə, bu barədə komandanın rəisi Səbuhi Səfiyarlı “Xəzər TV”də yayımlanan “Futbol Saatı” verilişində məlumat verib.

“Miloş Krasiçlə maraqlanırdıq. Biz həmin futbolçudan imtina etdikdən sonra, o, Polşa klubu ilə müqavilə imzaladı. Dünənə qədər Krasiç ən real variant idi. İmtina etməyimizin səbəbi isə ona forma yığmaq üçün zaman lazım idi. Bizə də elə futbolçu lazım idi ki, hazır formada olsun və qrup oyunlarında bizə kömək etsin. Daha sonra PAOK-dan Fakunda Pereyra variantı yarandı ki, baş məşqçimiz onun oyunlarını izlədi və bəyəndi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43