Mirabdulla Abbasovla Rəhman Hacıyevin “Neftçi”dən ayrılacağı ilə bağlı iddialar var.
İdmanxeber.az xəbər verir ki, iki yerli futbolçunun ayrılacağı ilə bağlı yayılan xəbərlər paytaxt klubunun azarkeşlərini narahat edən məqamdır. Bununla bağlı azarkeşlər klubun sosial şəbəkə hesabında etiraz ediblər. “Neftçi”nin “facebook” səhifəsi azarkeşlərə cavabında Mirabdulla Abbasovla Rəhman Hacıyevin komandadan getməyəcəyini qeyd edib:
“Sizdən xahiş edirik ki, rəsmi olmayan heç bir informasiyaya inanmayın. Qeyd etdiyiniz futbolçuların növbəti mövsümün sonuna qədər “Neftçi” ilə müqaviləsi var və heç bir yerə getməyə hazırlaşmırlar”.