“Mənim dövrümdə “Xəzər Lənkəran” belə deyildi. Ancaq indi Toşaka hər cür imkan yaradıblar. Kimi istəyir transfer edirlər. Qiymətindən asılı olmayaraq istədiyi futbolçunu ala bilir. Ancaq nəticə yoxdur. Əgər hər cür imkan yaradılırsa nəticə də olmalıdır”.
Bu sözləri əməkdar məşqçi Ağasəlim Mircavadov deyib.
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi “Futbol saat”ı verlişində danışarkən daha sonra bunları deyib
“Xəzər Lənkəran”ın futbolçularının fiziki durumları aşağıdı. Hiss olunur ki, komandada qələbə ruhu itib. Azarkeşlər də istək var. Bütün səfər oyunlarına gedirlər. Ancaq “Xəzər Lənkəran”ın futbolçularında qələbə istəyi yoxdu”.
Təcrübəli mütəxəssis daha sonra “Neftçi”nin “Bakı” ilə oyunda darmadağınla üzləşməsinə belə şərh edib:
“Neftçi”də əvvəlki istək yoxdu. Ailə kimi bir olan komanda indi sanki “dağılıb”. İndi o ailə yoxdu”.