Kateqoriyasız

Mircəlal Qasımov: ” Yığmanızın heyətində isə heç kimi tanımıram”

Yoldaşlıq görüşü çərçivəsində yığmamızın qonağı olacaq Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov mətbuat konfransında düşüncələrini bölüşüb:

İdmanxeber.com-un məlumatına görə, Qasımov konfransda bu sözləri deyib:

“Azərbaycan yığmasının ABŞ-a 0:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşünə baxmışam. Komandanız meydana 4-2-3-1 sxemi ilə çıxmışdı. Həmin matçda künc zərbəsindən sonra qol vuruldu. Azərbaycan futbolçuları həmişə texniki cəhətdən seçiliblər. Fikrimcə, sabah məhsuldar qarşılaşma alınacaq. Futbolçuları yoxlama üçün bundan yaxşı şans olmayacaq. Azərbaycan millisinin meydana əsas heyətlə çıxmamağı problem deyil. Çünki bu, FİFA-nın təqviminə aid olmayan bir qarşılaşmadı. Yığmanızın heyətində isə heç kimi tanımıram. Yalnız 4 (Mahir Şükürov – red.) və 7 (Vaqif Cavadov – red.) nömrəli formanı geyinən futbolçuların yaxşı oyunçular olduğunu bilirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43