22 Oktyabr 2024
Kateqoriyasız

Moldova – Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

Azərbaycan millisinin Moldovaya qarşı keçirəcəyi görüşün hakimləri dəqiqləşib.

İdmanxeber.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyunu ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Denis Şurmandı. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcək.

Noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək Moldova – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43