UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Monako” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, “Stad Luis II” stadionunda baş tutacaq oyun danimarkalı hakimlərə həvalə olunub.
Oyunun baş hakimi Yakob Kehlet olacaq. Ona həmyerliləri Henrik Larsen və Heyne Sorensen köməklik edəcək. Lars Hummelqaard dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 22-də “Monako” – “Qarabağ” oyunu Bakı vaxtı ilə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.