Dünya futbolu

Mourinyo: “Çelsi” artıq çempiondur”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Kubokunun 1/4 final mərhələsində “Çelsi”yə qarşı keçirəcəkləri oyundan danışıb.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı mütəxəssis London klubunu artıq çempion kimi gördüyünü bəyan edib:

“Böyük ehtimalla, “Çelsi” kuboku qazanmaq barədə düşünür. Çünki onlar artıq çempiondurlar. Premyer Liqada mübarizə aparmaq üçün hədəfləri qalmayıb.

Biz hər oyunda qələbə qazanmağa çalışırıq. Həftəarası “Sent-Etyen”lə Avroliqada oyunumuz var. Daha sonra kubokda mübarizə aparacağıq. İnanıram ki, həmin görüşdən sonra yenidən Avroliqa həyəcanı yaşayacağıq. Premyer Liqada isə hədəfimiz “dördlük”də olmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43