"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümə daha iddialı heyətlə start vermək niyyətindədir.
Hal-hazırda "Anji"yə məxsus olan Samuel Etonun "zadəganlar"a yenidən geçmək istədiyini bildirməsi Mourinyonu hərəkətə keçirib və o bu transferə müsbət yanaşıb: "Mən hər zaman bir vaxtlar mənimlə çalışmış və yenidən bu istəkdə olan futbolçularla işləməkdən məmnunluq hissi duymuşam. Etonun bizə qatılması çox yaxşı olardı”.