Azərbaycan Premyer Liqasında XXIII turun “Zirə” – “Səbail” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırdı.
İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Çox maraqlı oyun alındı. Hər iki komanda çoxlu hücum etdi, epizodlar var idi. Son dəqiqələr həyəcanlı alındı. İlk 15 dəqiqədən sonra oyunumuzu tapdıq. İki yaxşı qol epizodumuz var idi. Qol olsa, oyunun məcrası dəyişərdi. Rəqibin fərdi ustalığı yüksək olan Keyta kimi oyunçusu yaxşı epizodlara girib, qollar vurdu. İkinci hissədə üstün oynadıq. Amma rəqibin də sürətli futbolçuları var. Qol gec gəldi. 70-ci dəqiqələrdə olsaydı, oyunun taleyi dəyişə bilərdi, xal qazanmağımız mümkün olardı. Bu gün futbolçularımdan razı qaldım. Topla daha səliqəli oynamalıydıq. Gənc oyunçularımızda ustalıq çatışmırdı. Rəqiblə bu fərq sezilirdi. Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətsizdir. 5 tur qalır. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Mövqeyimiz bizi qane etmir. Oyunumuzdan isə razıyıq. Amma nəticə də istəyirik. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram.
– Rahid Əmirquliyev son vaxtlar az oynayır. Bu, nə ilə bağlıdır?
– Bir az dəyişikliklər etmək istəyirik. Son oyunda qələbə qazanmışdıq, heyətdə böyük dəyişiklik etmək istəmədik. Rahid kapitanımızdır, meydanda olmasa da, dəstəyini göstərir. Gənclərə də şans vermək lazımdır.