21 Dekabr 2024
Ölkə futbolu

“Mövsümün ən vacib oyununa çıxacağıq” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev İdmanxeber.az-a müsahibə verib

-Növbəti turda “Qəbələ”yə qarşı oyunu sizin üçün mövsümün finalı adlandırmaq olar ?

-Mövsümün ən vacib oyununa çıxacağıq. Uzun müddətdir 3-cü pillədə qərarlaşırıq. Bəlkə də mövsümün ən önəmli oyunudur. Ancaq buna baxmayaraq digər rəqiblərə necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da o cür hazırlanırıq. Düşünürəm ki, bir çox məsələlərə bu oyunda aydınlıq gələ bilər. Ancaq qalib gəlsək də, məğlub olssaq da hələ hər şey bitməyib. Çünki bundan sonra hələ qarşıda iki oyun var. Hətta kubokun final oyunundan sonra da kimlərin avrokuboklara vəsiqə qazanacağı bəlli ola bilər.

-“Qəbələ” dünən kubok oyununda “Qarabağ”ı məqğlub etdi. Rəqibinizin iki turnirdə də iştirak etməsini sizin üçün üstünlük adlandıra bilərik ?

-“Qəbələ”nin iki turnirdə də çıxış etməsinin onlar üçün problem olduğuna inanmııram. Biz də “Neftçi” ilə oyundan 4 gün sonra gedib “Sumqayıt”la oynayıb çətində olsa, müsbət nəticə qazana bilmişdik. Bunu “Qəbələ”yə də şamil etmək olar. Onların olduqca geniş və səviyyəli oyunçuları var. Oyunda məncə “Qəbələ”nin yorğunluqa bağlı problemi olmayacaq.

– “Neftçi” oyunundan sonra hakimlərdən şikayət etmişdiniz. Qarşıdakı oyunlarda da hakimliklə bağlı narahatçılığınız var ? 

“Bəli, “Neftçi” ilə oyunda müəyyən hakim səhvləri oldu. Ancaq hakimlərin üzərinə də çox getmək istəmirik. Əksəriyyəti gənc hakimlərdir. Ancaq “Qəbələ” oyunu olduqca təcrübəli hakim olan Əliyar Ağayevə tapşırılıb. Bütün hallarda hakimlər də meydandakı oyunun tempinə ayaq uydurmalıdır. Düşünürəm ki, qarşıdakı oyunlarda hər  hansı bir problemi olmayacaq.

-Essyeni bu oyunda start heyətdə görə bilərik ?

-Essyenin ayaq barmağında xroniki zədə aşkarlanıb. Futbolçu artıq 3 gündür ki, komanda ilə məşqlərə qatılmır. Oyunçunun bərpa prossesi başladılsa da, “Qəbələ” ilə matça yetişdiriləmsi çətin görünür.

-Sizcə çempion kim olacaq ? “Neftçi”, yoxsa “Qarabağ” ?

-Açığı, cavab vermək çox çətindir. Hər iki komanda da mövsümboyu çempionluğa layiq mübarizə aparıblar. Məncə,onların arasındakı bu mübarizə sona qədər davam edəcək. Ancaq hər iki komandanı da müqayyəsi etsək son illərdə “Qarabağ”ı təcrübə baxımından daha şanslı hesab edirəm. Təbii ki, “Neftçi”nin də əziyyətini  yerə vurmaq olmaz.

Vüsal Yalçınoğlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43