28 Dekabr 2024
Kateqoriyasız

Mübariz Mənsimov “Xəzər Lənkəran”ı buraxır? (AÇIQLAMA)

“Mübariz Mənsimovun klubu kiməsə vermək, yaxud satmaq istəməsi kimi bir fikri yoxdu. Bu, istənilən halda müzakirə mövzusu deyil”.

İdmanxeber.com-un məlumatına görə, bunu “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyil.

O, tanınmış iş adamının dekabrda futboldan çəkiləcəyi, klubu isə AFFA-nın ixtiyarına verəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Vitse-prezident qeyd edib ki, “Palmali” baş sponsor olaraq qalır və şirkət “Xəzər Lənkəran”ın daha da inkişafında maraqlıdır: “Düzdü, ola bilsin, kluba yeni tərəfdaşlar gəlsin. Bu, yalnız bizim istəyimizlə mümkündür. “Xəzər Lənkəran” marketinq sahəsində dünya təcrübəsindən, böyük Avropa klublarının praktikasından istifadə edir. İndiyədək və elə indinin özündə bir sıra şirkətlərlə partnyorluq münasibətindəyik”.

“NAR Mobile”, “Agua Vita” və digər şirkətlərin “Xəzər Lənkəran”a pul ödədiyini deyən Nadirov klubun əsas dirəyinin “Palmali” olduğuna işarə vurub: “Xəzər Lənkəranla bağlı qərarı Mübariz Mənsimov verir, rəhbərliyi isə Mais Mənsimov edir. Rəhbərliyimiz klubdan niyə imtina etməlidir ki? Prpoblemlər hamıda var. Azarkeşlərimiz narahat olmasın, “Palmali” bu klubun arxasındadır”. (Sportinfo.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43