Dünya futbolu

Müller “Bavariya” ilə anlaşdı

“Bavariya”nın hücumçusu Tomas Müller klubu ilə müqaviləsini uzatmağa razılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı almaniyalı ilə yeni müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər davam edəcək.

Mənbənin sözlərinə görə, futbolçunun klubda qalmasında münhenlilərin baş məşqçisi Tomas Tuxel mühüm rol oynayıb.

Müller “Bavariya”nın yetirməsi. 2023/24 mövsümündə futbolçu bütün turnirlərdə 18 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43