23 Dekabr 2024
Kateqoriyasız

Muntyanu: “Özümə ev axtaracam”

“Qəbələ”nin yeni baş məşqçisi Dorinel Muntyanu Avroliqanın I təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Bosniya və Herseqovina “Şiroki Briyeq”i ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, rumıniyalı çalışdırıcı bosniyalıları elə də güclü hesab etmir.

“İndiki “Qəbələ” ötən mövsüm Yuri Syominin rəhbərliyi altında çıxış edən həmin komanda deyil. Yeddi futbolçu gedib, ona görə də yeni komanda qururuq. Bosniyalılara gəlincə, “Şiroki Briyeq” elə də güclü komanda deyil. Onları xüsusi izləməmişəm. Bir şeyi dəqiq bilirəm ki, “Şiroki Briyeq” bizimlə oyunda favorit deyil. Onları mübarizədən kənarlaşdırmağa çalışacağıq”.

Muntyanu daha sonra oteldə qalmayacağını da bildirib:

Oteldə yaşamayacam. Özümə ev axtaracam. Çünki ailəmi də bura dəvət etməyi düşünürəm. Amma bütün bunları Avroliqadakı ilk oyundan sonra edəcəm. Hələlik, bütün fikrim “Şiroki Briyeq”lə ilk oyuna yönəlib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43