24 Oktyabr 2024
Dünya futbolu

Murad Musayev Premyer Liqada ayın məşqçisi seçildi

“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında ötən ayın ən yaxşısı seçilib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ötən aykı performansı ilə hər kəsi qabaqlayıb. “Krasnodar” sentyabrda meydana çıxdığı 3 oyunda 9 xal toplayıb.

Komanda hazırda 27 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43