“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin mətbuat konfransını hansı müddətdə keçirəcəyi məlum olub.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, türkiyəli mütəxəssis Premyer Liqanın 34-cü turunun “Simurq”la səfər matçından sonra media nümayindələri ilə görüş keçirəcək.
Görüşdə nəyin müzakirə olunub-olunmaması yönündə hər hansı bir informasiya yoxdu. Məsələ burasındadır ki, Dənizli sadəcə mətbuat konfransı keçirməklə bağlı klub rəhbərliyinə göstəriş verib. Bu konfransda nədən bəhs ediləcəyi isə türkiyəli mütəxəssisdən başqa kimsə bilmir.