Hal-hazırda Türkiyədə həm istirahətdə, həm də futbolçu axtarışında olan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli yaxın günlərdə Azərbaycana qayıdacaq.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, komandanın köməkçi məşqçiləri ilə bağlı son qərarı Dənizli bazer ertəsi verəcək.
Bundan əlavə, həmin gün göndəriləcək futbolçuların adlarına da aydınlıq gələ bilər.