Ölkə futbolu

Mustafa Dənizli Türkiyəyə müalicəyə getmişdi, yoxsa eynək almağa? – FOTO

Bir müddət öncə səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə gedən "Xəzər Lənkəran"ın baş məşqçisi eynək mağazasından çıxarkən görüntülənib.

"Axşam" qəzetinin əməkdaşına səhhəti barədə açıqlama verən təcrübəli çalışdırıcı özünü yaxşı hiss etdiyini deyib: "Qrip virusuna yoluxmuşdum, bu da bir qədər şişirdildi. Amma indi yaxşıyam".

Qeyd edək ki, Dənizli dünən Azərbaycana qayıdıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43