“Qəbələ”ylə Premyer Liqanın 29-cu turu çərçivəsində öz meydanında qarşılaşacaq “Xəzər Lənkəran” bu oyunda əsas heyət üzvlərinin bəzilərinə istirahət verəcək.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubunun baş məşqçisi Mustafa Dənizli “Qəbələ”ylə kubok matçında da üz-üzə gələcəklərinə görə, həm heyətin bəzi üzvlərini zədədən qorumaq, həm də Yuri Syomini çaşdırmaq niyyətindədi.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu aprelin 5-də baş tutacaq. Hələ ki, oyunun başlama saatı açıqlanmayıb.