Kateqoriyasız

AFFA-dan gözlənilməz qərar: “Neftçi” cəzalandırıldı, Orxan Sadıqlını bağışladılar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qurum son turda baş verən qayda pozuntularına hüuqi qiymət verib.

Qərarları sizə olduğu kimi çatdırırıq:

XXII Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 55-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının 28 və 32-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).

29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” – “Simurq” matçının 45+1-ci dəqiqəsində “Bakı” klubunun 31 №-li futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).

29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVIII turunun “Qarabağ” – “Qəbələ” matçının 78-ci dəqiqəsində “Qəbələ” klubunun 36 №-li futbolçusu Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 65-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43