“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli “Simurq”a məğlubiyyətin ardından komandaya istirahət verməyib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, “ağ-yaşıllar” həftəsonu keçiriləcək “Neftçi”ylə “Böyük oyun”un hazırlıqlarına elə bugündən start verir.
“Xəzər Lənkəran” saat 16:00-da “Neftçi”ylə oyun öncəsi ilk məşqinə çıxacaq.