“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt “Mançester Yunayted”ə keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu baş məşqçi Erik ten Haqın hədəfindədi. Niderlandlı mütəxəssis Mauntun isirarla alınması tələb edib.
Mənbə onu da bildirir ki, “qırmızı şeytanlar” futbolçu üçün 55 milyon funt-sterlinq (63,5 milyon avro) ödəməyə hazırdır.
Maunt 2022/23 mövsümündə yarımmüdafiəçi komandanın heyətində bütün yarışlarda 35 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.