Dünya futbolu

“Hər oyunda təhqir olunmaqdan bezmişik” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqa liderlərini irqçiliklə daha fəal mübarizə aparmağa çağırıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Vinisiusun “Valensiya” ilə matçda yaşadıqlarına diqqət çəkib. O, bunların artıq bitməli olduğunu bildirib:

“Hər oyunda təhqir olunmaqdan bezmişik. Yorulduq…Vinisiusun başına gələnlər, ehtiyat skamyasının arxasından eşitdiyimiz sözlər. Bunlar bitməlidir.  Ümid edirəm ki, bunu qurumlar, La Liqa və hakimlər də aydınlaşdıra biləcəklər. İngiltərədə belə təhqirlər etmirlər…

Orada bu məsələ çoxdan həll olunub. Onlar sərt tədbirlər gördülər, beş il ərzində ingilis azarkeşləri Avropadan qovdular. Ayrı-ayrı irqçilik halları var, lakin onlar sizi incitmir. İngiltərə futbol matçlarında polis belə yoxdur. İspaniyada isə arxada, öndə polis maşınları düzülüb. Elə bil döyüşə gedəcəyik. Niyə? Bu nə üçündür?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43