21 Dekabr 2024
Ölkə futbolu

Nadir Qasımovun cəzası yüngülləşdirildi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

AFFA rəsmi saytı xəbər verir ki, İclasda “Qəbələ” İK, “Mil-Muğan” FK və məşqçi Nadir Qasımovun müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.

1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ” İK-nın U-17 komandasına “İnter” – “Qəbələ” oyununda verilmiş texniki məğlubiyyət, klubun məşqçisi və klub barədə çıxardığı qərar qüvvədə saxlanılsın.

2. AFFA-nın İntizam Komitəsinin “Mil-Muğan” FK-nın futbolçusu  Hacıyev Elşən Elman oğlu barədə çıxardığı qərar qüvvədə saxlanılsın.

3. AFFA-nın İntizam Komitəsinin “Şuşa” FK-nın baş məşqçisi Nadir Qasımov barədə çıxardığı qərar qismən dəyişdirilsin. Baş məşqçi Nadiq Qasımov intizam tədbiri olaraq 5 oyunluq kənarlaşdırılsın, digər 5 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Nadiq Qasımov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43