Zədə səbəbindən Malta ilə yoxlama görüşündə iştirak etməyən Namik Ələskərovun son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Bursaspor”un üzvü zədəsini sağaldıb və onun Latviya ilə yoxlama görüşündə iştirak etməsi gözlənilir.
Qeyd edək ki, Latviya – Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.