Kateqoriyasız

Namikdən qol ötürməsi, “Bursaspor”dan vacib qələbə

Türkiyə 1-ci Liqasında 29-cu turun oyunları oynanılır.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Namik Ələskərovun şərəfini qoruduğu “Bursaspor” da novbəti matçını keçirib. Bursa təmsilçisi oz meydanında “Kocelispor”la qarşılaşıb. 3 qolun qeydə alındığı matç Namikin komandasınin qələbəsi ilə yekunlaşıb – 2:1.

Namik bu görüşdə start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. O, 2-ci qolun məhsuldar ötürməsini edib.

Qeyd edək ki, “Bursaspor” bu qələbə ilə xalını 31-ə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43