Ölkə futbolu

Nazir “Araz Naxçıvan”ı təbrik etdi

Cari mövsüm Azərbaycan I Divizionunun qalibi olan “Araz-Naxçıvan” PFK-ya daha bir təbrik gəlib. Belə ki, Naxçıvan Muxtar Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov komandanı çempionluq münasibəti ilə təbrik edib:

“Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və idman siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfındən uğurla davam və inkişaf etdirilir. Həm ölkə başçısı, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyev idmanın prioritet sahə olduğunu dəfələrlə vurğulamışdır. Bu sahədə qazanılan böyük uğurlar isə göz qabağındadır.

Son zamanlar ölkəmizdə futbolun inkişafı məhz Cənab Prezidentin “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramını” təsdiq etməsi ilə özünü daha qabarıq büruzə verməyə başlayıb. Dövlətin futbola qayğısı, regionlarımızda bu idman növünün geniş yayılması və kütləviləşməsi üçün müəyyən adımlar atılıb. Aparılan möhtəşəm siyasətin nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında futbol bayramı qeyd edilir. Uzun illər Azərbaycan futbolunda öz dəsti-xətti ilə seçilən və müəyyən mənada futbolumuza öz töhvəsini verən “Araz-Naxçıvan”, bu gün çempion olmaqla, göstərilən qayğı və diqqətin hədər yerə getmədiyini göstərmiş oldu.

Mən, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun idarə heyətini, məşqçilər korpusunu və futbolçularını bu çempionluq münasibəti ilə təbrik edirəm. İnanıram ki, qarşıdakı illərdə komandamız daha böyük uğurlara imza atacaq və Azərbaycanı Avropa Kuboklarında layiqincə təmsil edəcək.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43