Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İranın “Persepolis” (Tehran) klubu ilə “Qarabağ” arasında yoldaşlıq görüşünün keçirilməsi təklifini irəli sürüb.
İdmanxeber.az-ın Report-a istinadən yaydığı xəbərə görə, bu barədə o, bu gün İrana səfəri çərçivəsində bu ölkənin idman və gənclər naziri Məsud Soltanifər ilə görüşü zamanı bildirib.
Qeyd olunub ki, hər iki ölkənin futbol komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi üçün Azərbaycanda əlverişli şərait var.