Dünyanın məşhur bukmeker UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunları üçün əmsalları açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, Londonda "Tottenhem"ə məğlub olan "Qarabağ" "Anderlext"lə matçın favoriti deyil.
Ağdam klubunun doğma azarkeşləri önündə keçirəcəyi matçdakı qələbə əmsalı 3.00-a bərabərdi. Matçın heç-heçəsinə 3.30, belçikalıların qələbəsi isə 2.30 verilib.
Qrupun ilk matçında PAOK-la heç-heçə edərək bir xal qazanan "Qəbələ"yə "Kransodar"la səfər matçında 10.00 əmsal verilib. "Qırmızı-qaralar"ın bu matçdan məğlub ayrılma şanslarını yüksək dəyərləndirən bukmekerlər məhz bu cür böyük əmsal açıblar.
Rusiya təmsilçisinin qələbəsinə 1.28, matçın heç-heçə bitməsinə isə 5.25 əmsal verilib.
Qeyd edək ki, oyunlar oktyabr 2-də keçiriləcək.