28 Fevral 2024
Kateqoriyasız

Nedved: “Tottiyə hörmət edirem, ancaq…”

"Yuventus"un sabiq futbolçusu Pavel Nedved Françesko Tottinin "Yuventus" haqqında dediklərinə münasibət bildirib:

İdmanxeber.com-un məlumatına görə, Nedved bu fikirləri söyləyib:

"Artıq neçənci dəfədir ki, "Yuventus"un adı əlaqəsi olmadığı şeylərdə hallanır.

Totti böyük çempiondu. Buna görə ona hörmət edirəm, ancaq fikirləri məni hirsləndirir.

Françeskonun işlətdiyi sözlər həqiqəti əks etdirmir. O, heç vaxt belə böyük klubda oynamayıb. Buna görə hər şeyin sizə qarşı çevrildiyi bir vaxtda "Yuve"də oynamağın necə çətin olduğunu başa düşmür".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43