“Əlincə”nin U-13 komandası keçirdiyi 7-ci yoxlama görüşünü də qələbə ilə başa vurub.
İdmanxeber.com-un məlumatına görə, Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionun süni meydançasında “Neftçi” İSM-in qonağı olan “Əlincə” rəqibini 5:2 hesabı ilə məğlubiyyətə uğradıb. Sərxan Məmmədovun het-trik etdiyi oyunda Ümüd Həmzəyev və Kərəm Əhmədli hərəyə 1 dəfə fərqlənib.