“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.
1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.
Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.