"Neftçi" növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu 3-cü yoxlama matçında Türkiyə Superliqa komandası – "Antalyaspor"la qarşılaşıb.
Bakı vaxtı ilə saat 22:45-də start götürəcən qarşılaşma "Ayfon Arena"da keçirilib.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında Ruslan Qurbanov və Fəhmin Muradbəylinin vurudğu qollarla "ağ-qaralar" "Antalyaspor"a qalib gəlib – 2:0.