Ölkə futbolu

“Neftçi” apellyasiyaya üz tutur: Paytaxt klubunun narazı qaldığı 2 məqam

"Neftçi" AFFA İntizam Komitəsinin bugun çıxardığı qərara əsasən apellyasiyaya şikayət verəcək.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Paytaxt klubunun rəsmisi bildirib ki, İK-in verdiyi "Oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə “Neftçi” klubu 5000 manat cərimə olunur" – qərarını əsassız sayaraq, apellyasiyaya üz tutacaq. 

"Ağ-qaralar" bundan əlavə "Rəvan"la kubok oyununda Ernest Enfora qrşı edilən kobudluğua görə, verilməyən penalti qərarına da etiraz edəcəklər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43