13 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” axtardığı hücumçunu tapdı – Paytaxt klubu təzminat ödəmədən transfer edir

“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qara”lar müqavilə ilə Birləşmiş Ərəb Əmirliklərinin “Əl- Nəsr” klubundan Dembo Darboe ilə anlaşma əldə edib. Son olaraq icarə əsasında Qazaxıstanın “Ordabaşı” klubunda top qovmuş, bir vaxtlar Qambiya millisinə də dəvət alan forvardla danışıqlar müsbət yekunlaşıb. 

Paytaxt klubu 26 yaşlı hücumçunu icarə əsasında deyil, birbaşa transfer edib. Bu keçid qarşılığında “Neftçi” qarşı yərəfə hər hansı bir təzminat ödəməyəcək.

Onunla bu həftə ərzində müqavilə imzalanacaq 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43