Topaz Premyer Liqası XVII turu çərçivəsində keçirilən "Neftçi" – AZAL (0:1) matçında gərgin anlar yaşanıb.
İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, meydan sahiblərinin azarkeşləri ilə polislər arasında insident yaşanıb.
Oyunun 81-ci dəqiqəsində "Forza Neftçi" azarkeş qrupu qanun keşikçiləri ilə mübahisə edib. Bundan sonra azarkeşlər stadionu tərk etməyə başlayıblar.