27 Dekabr 2024
Kateqoriyasız

“Neftçi” azarkeşlərinə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda Premyer Liqanın 12-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunub.

“Sabah” – “Keşlə” oyununda “Keşlə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43