Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi” doğma azarkeşlər önündə “Partizan”ı qonaq edəcək.
İdmanxeber.com-un məlumatına görə, axşam saat 21:00-da başlayacaq həlledici qarşılaşma üçün “Neftçi”nin azarkeşləri də xüsusi hazırlaşırlar.
Paytaxt klubunun “Forza” azad azarkeş qrupunun rəhbərlərindən biri Oktay Ağazadə saytımıza açıqlamasında axşam baş tutacaq qarşılaşma üçün hazırlıqlarından danışıb:
“Hal-hazırda bütün “Forza” fikrini sabahkı oyuna cəmləyib və artıq cavab oyunundan öncədən hazırlığa başlamışdıq. Sabah 18-ci sektorda maksimum dəstək olacağıq və bir ilkə imza atacağıq Azərbaycan fanat tarixində görülməmiş bayraq şousu olacaq. Bunun üçün 20 ədəd ağ və qara orta ölçülü, 2 ədəd böyük bayraq hazırlanıb. Bundan əlavə Rusiyadan xüsusi olaraq səsgücləndirici almışıq və sabah bütün tribunalar bizim səsimizə səs verəcəklərinə əminəm”.