“Xəzər Lənkəran”dan ayrılaraq “Neftçi”yə geri qaytarılan Slavik Alxasov paytaxt klubunda çıxış etmək niyyətində deyil.
İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu “Neftçi”də çıxış etməmək üçün bütün variantlara əl atır. Alxasovun “Neftçi”də oynamaq istəməməsinin başlıca səbəbi isə “ağ-qaralı” fanatlardı.
Belə ki, paytaxt klubunun azarkeşləri Slavik Alxasovun geri dönüşünə sərt reaksiya verərək, futbolçunu “satqın” adlandırıblar. Hətta fanatlar Alxasovu “Neftçi”də çıxış edəcəyi təqdirdə fitə basacaqlarını da bildiriblər. Məhz bu amilləri nəzərə alan Alxasov istənilməyən yerdə olmaq istəmir. Artıq Alxasov məsələylə bağlı Cənub klubunun rəhbərliyinə müraciət etmək fikrindədi.