Kateqoriyasız

“Xəzər Lənkəran”da iki yeni təyinat

Əsas komandadan ayrılan Hafiz Əliyev və Emin Quliyevin “Xəzər Lənkəran”dakı yeni işləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, uzun müddətdir ki, cənub klubunda fəaliyyət göstərən Əliyev qapıçı məşqçisi postundan göndərildikdən sonra klubun U-19 komandasının baş məşqçisi təyin olunub. Qeyd edək ki, Hafiz Əliyev uzun müddətdir ki, cənub klubunda çalışır. Emin Quliyev isə U19 komandasında Əliyevin köməkçisi kimi çalışacaq. Xatırladaq ki, Emin Quliyev 2005-2009-cu illərdə “Xəzər Lənkəran” komandasının şərəfini qoruyub.  İqor Ponomaryovun zamanında klubdan göndərilən Emin, Yunis Hüseynov, Con Toşak və Mustafa Dənizli dönəmində onların köməkçisi kimi çalışıb.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43