Az öncə yekunlaşan “İnter” – “Neftçi” matçından (1:0) sonra gərginlik yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, məğlubiyyəti həzm edə bilməyən “ağ-qaralı” azarkeşlər ilk öncə rəhbərliyi istefaya səsləyiblər. Bundan sonra isə bir “Neftçi” fanatı komandanın kapitanı Araz Abdullayevin üzərinə hücum çəkib.
Təhlükəsizlik əməkdaşları həmin azarkeşi stadiondan kənarlaşdırmaq istəyərkən sözügedən fanat “Neftçi”nin sabiq üzvü, hazırda “İnter”də forma geyinən Rauf Əliyevə hücum çəkib.