“Neftçi”nin U-17 komandası Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Asif Ramazanovun yetirmələri bu gün “Fənərbağça”nın müvafiq yaş qrupu komandası ilə qarşılaşıblar.
“Fənərbağça Dərəağzı” təlim-məşq bazasında baş tutan matçda “ağ-qaralar” məğlub olub – 1:4. “Neftçi”nin qolunu Nicat Məhərrəmov vurub.
Oyunun fasiləsində hər iki klub akademiyasının rəsmiləri arasında görüş keçirilib və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, fevralın 8-də qardaş ölkəyə yollanaraq İstanbul şəhərindəki “Clarion Hotel Golden Horn”da məskunlaşan “Neftçi” ayın 9-da “Qalatasaray” (0:5), 12-də isə “Beşiktaş”la (0:1) yoldaşlıq oyununda üz-üzə gəlmişdi. 17 yaşlılar fevralın 16-da Bakıya qayıdacaqlar.