“Neftçi”nin 2019/2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.
Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq paytaxt təmsilçisi qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq.