Kateqoriyasız

“Neftçi” HİK-i məğlub edə bilmədi – Yenilənib

Bu gün UEFA Avropa Liqasında 3-cü mərhələnin ilk oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də ilk matçına çıxıb. “Ağ-qaralar” Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“Neftçi” HİK-i mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Fənərbaxça” ilə qarşılaşacaq. Bu cütün uduzan komandası isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

Avropa Liqası, 3-cü mərhələ, ilk oyunlar

3 avqust

21:00 Neftçi – HİK 2:2
Baş hakim:
 Uilyam Kollum (Şotlandiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43